31 mart - Azərbaycanlıların Soyqırımı günü

Martın 31-də 32 nömrəli məktəbdə "31 mart - Azərbaycanlıların Soyqırımı günü" ilə əlaqədar tədbir keçirildi.İlk öncə Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda Abdullayeva çıxış edərək erməni faşistlərinin Azərbaycanda törətdikləri Soyqırım haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Azərbaycan türklərinə qarşı həyata keçirilən Soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı, Quba, Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, məktəbin tarix müəllimi Qizqayıt Məmmədova və başqaları son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1918-ci il mart-aprel aylarında törədilən kütləvi qırğınlardan bəhs edib, həmin dövrdə baş verənləri bəşəri cinayət adlandırıblar.Çıxışlarda ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi bildirilib, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilib.