Məktəbəhazırlıq qrupları fəaliyyətə başladı.

Məktəbimizdə məktəbəhazırlıq qruplarının fəaliyyətə başlamasına həsr olunmuş təqdimat mərasimi keçirilib.Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbin direktoru Sevda Abdullayeva, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan təqdimat mərasimində daha sonra məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs edən videoçarx və məktəblilərin ifasında bədii-musiqili proqram nümayiş etdirilib.Bildirilib ki, 2016-2017-ci tədris ili üçün Bakı şəhəri üzrə 847 məktəbəhazırlıq qrupuna 19 538 uşaq müraciət edib. BŞTİ-nin tabeliyindəki 254 məktəbdə həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərin formalaşdırılmasıdır.Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabrın 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlayıb.Daha sonra məktəbəhazırlıq qruplarında ilk məşğələyə start verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi