“Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilmişdir

Nizami rayon orta ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Şahinlər” hərbi-idman oyunları üzrə keçirilən rayon mərhələsi məktəbimizin komandasının qələbəsi ilə başa çatmışdır. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun təşkil edilmişdir.Yarışın açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulamışdır ki, belə yarışların keçirilməsində məqsəd məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi aşılamaq olmuşdurYarışda I, II və III yerləri tutmuş komandalar Nizami Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif olunmuşlar. Yarışın qalib komandası olan məktəbimizin komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.