Nailiyyətlərimiz

Məktəbimiz “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin fevral ayı üzrə qalibi olduBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin fevral ayı üzrə qalibləri bəlli olub. Məktəb saytlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması baxımından müsbət əhəmiyyəti nəzərə alınaraq, müsabiqənin formatındakı dəyişikliyə əsasən, Bakı şəhəri üzrə 12 qalib məktəb seçilib. Belə ki, Nəsimi rayonu üzrə 5, Səbail rayonu üzrə 7, Yasamal rayonu üzrə 18, Nərimanov rayonu üzrə 34, Suraxanı rayonu üzrə 84, Sabunçu rayonu üzrə 94, Xəzər rayonu üzrə 121, Nizami rayonu üzrə 145, Pirallahı rayonu üzrə 168, Binəqədi rayonu üzrə 283, Xətai rayonu üzrə 287, Qaradağ rayonu üzrə 319 nömrəli tam orta məktəblər “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi olub.Qeyd edək ki, müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilir. Qalib müəyyənləşdirilərkən əsasən, səlis və müvafiq tələblərə uyğun xəbərlərlə zəngin məktəb saytlarına üstünlük verilir. Eyni zamanda, məktəb saytlarının digər bölmələrinin də müvafiq qaydalara uyğun tərtib olunması əsas meyarlardandır.Müsabiqənin fevral ayı üzrə qalibi olan məktəblərin kollektivlərini təbrik edirik!

Şagidlərimizin uğuru"Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası"-nın təşkilat komitəsinin qərarına görə bu olimpiadanın final mərhələsində iştirak etmiş məktəbimizin VI A sinif şagirdləri Şahbazov Xalid və Əliyeva Sevinc sertifikatla təltif edildilər.Şagirdlərimizi təbrik edir və onlara bol-bol uğurlar arzu edirik!

Potensial Məktəb direktorları təlim kursunun nəticələriMəktəbimizin direktoru Nəriman Mürsəliyev 2014-cü il noyabr 2015-ci il mart aylarında peşə fəaliyyətinin ümumi əsasları modulu üzrə Unicef və Xəzər Universitetinin birgə layihəsi olan “Potensial Məktəb direktorları”təlim kursunu bitirmişdir.2016-cı ilin iyun ayında Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən məktəb idarəçiləri üçün təşkil edilmiş və mərkəzləşdirilmiş şəkildə keçirilən imtahanlarda iştirak etmiş ,53 bal nəticə göstərərək uğur sertifikatını təsdiq edilmişdir.

HAQQIMIZDA

       319 nömrəli tam orta məktəb 15 sentyabr 2007- ci il tarixdə istifadəyə verilmişdir.Məktəbdə fəaliyyət göstərən müəl...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Şabiyeva Şaiq

Nicat İsayev Söhrab

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi