Nailiyyətlərimiz

Məktəbimizdə Məktəb Valideyn İcması yaradıldıValideyn məktəb əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə məktəbimizdə 2015-2016-cı il tədris ilində”Məktəb Valideyn İcması” yaradıldı.Layihə çərçivəsində məktəbimizin qonağı Təranə xanım verdiyeva valideynlərə və şagirdlərə icma ilə bağlı məlumat verdi.valideyn icmasının fəaliyyət planına uyğun videoçarx nümayiş etdirildi.Məktəb kollektivinin və valideynlərin razılığına əsasən Nurməmmədova Aynur məktəb valideyn icmasının sədri seçildi.Məktəbimizdə icma yaradıldıqdan sonra bir çox sahələrdə irəliləyişlər baş vermişdir.İcma sədri sinif rəhbərləri ilə hər bir sinifdə ayrı-ayrılıqda valideyn iclasları təşkil etmiş,uşaqların maraq sahələrinin öyrənmiş probıemləri ilə tanış olmuşdur.müxtəlif siniflərdə valideynlərin köməkliyi və təşkilatçılığı ilə ekskursiyalar təşkil edilmişdir.6b və 7a sinifləri sinif rəhbərləri Məmmədova Validə və Alıyeva Könülün və valideynlərin təşkilatçılığı ilə “Şəhidlər Xiyabanı”na getmiş,20 yanvar şəhidlərinin xatirəsini yad etdilər.9c sinfinin sinif rəhbəri və icma sədri Nurməmmədova Aynurun başçılığı ilə Quba rayonuna ekskursiyaya getmişlər.7b və 6b sinifləri Maliki Ülviyyə və Nəcəfova Rənanın rəhbərliyi və valideynlərin köməkliyi ilə fəxri xiyabana ekskursiya etmiş,ulu öndər Heydər Əliyevin,Zərifə Əliyevanın məzarlarını ziyarət etmişlər.İcma fəaliyyət göstərməyə başladığı dövrdən məktəbimizdə rəqs dərsləri də keçirilməyə başlamış,Elsevər müəllimin rəhbərliyi altında rəqs qrupları yaradılmış və məktəbdaxili tədbirlərdə fəal iştirak etmişlər.şagirdlərin istər milli,istərsə də digər xalqlara aid rəqsləri şagirdlərin,valideynlərin və müəllimlərin marağına səbəb olmuşdur.İcma sədri və icma üzvləri müxtəlif siniflərdə uşaqlarla görüş keçirmiş,hər bir sinif də problemli,xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ailələri ilə söhbət aparmışlar.Əminik ki,məktəbimizdə icmanın fəaliyyət göstərməsi məktəbimizin daha yüksək inkişaf etməsinə zəmin yaradacaq.

Müəllimlərimizin uğuru05.09.2016-cı il tarixdə Qaradağ rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə müəllimlər arasında Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş, ''Kim,Harada,Nə zaman?'' intellektual oyunu keçirilmişdir.Məktəbimizin müəllimləri Vəliyeva Nuranə və Quliyeva Şəlalə yarışda məktəbimizi təmsil edərək fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilmişdirlər.Təbrik edirik!

UğurumuzMəktəbimiz “Məktəbini Tanıt” videoçarx müsabiqəsində iştirak edib.Video çarxı şagirdimiz Əliyev Vüsal hazırlamışdı.Məktəbimiz müsabiqədə iştirak etdiyi üçün təşəkkürnamə almışdır. Zəhmətimizi dəyərləndirdikləri üçün BŞTİ-nin İnkişaf Layihələri Sektoruna və Lamiyə xanıma məktəbimizin kollektivi adından təşəkkür edirik.

HAQQIMIZDA

       319 nömrəli tam orta məktəb 15 sentyabr 2007- ci il tarixdə istifadəyə verilmişdir.Məktəbdə fəaliyyət göstərən müəl...

BİZİM FƏXRLƏRİMİZ

Fidan Qədiməliyeva Elman

Ayxan Cavadov Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi