HAQQIMIZDA

       319 nömrəli tam orta məktəb 15 sentyabr 2007- ci il tarixdə istifadəyə verilmişdir.Məktəbdə fəaliyyət göstərən müəllimlərin 70%- gənc kadrlardır.2007-2008-ci tədris ilində 18 sinifdə 544 şagird təhsilə cəlb edilmişdir.Məktəbdə yaradılmış işlək atmosfera ,tələbkarlıq və müəllimlərin işgüzarlığı tezliklə məktəbin yüksək nüfuz qazanmasına səbəb olmuşdur.Şagird kontingentinin dinamikası yüksəlir. Şagirdlərin digər məktəblərdən məktəbə gəlməsi ilbəil artır.2007-2008-ci dərs ilində 24 sinifdə 544 şagird,2008-2009-cu dərs ilində618 şagird 2009-2010 cu il 660,2010-2011- cu il 678,2011-2012-ci il 711,2012-2013 cü il 765,2013-2014- cü il 776,2014-2015- ci il 791,2015-2016-cı dərs ilində 34 sinifdə 811 ,2016-2017 -ci  il  816,3 məktəbəhazırlıq qrupunda 86 şagird , 2017-2018-ci tədris ilində 35 sinifdə 830 şagird,2 məktəbəhazırlıq qrupunda 60 şagird,2018-2019-cu tədris ilində 35 sinifdə 817,4 məktəbəhazırlıq qrupunda 110 şagird təhsil alır.Məktəbin şagirdləri müsabiqələrdə, fənn olimpiadalarında iştirak etmişlər. İdman sahəsində də məktəbin uğurları var. Məktəb şagirdlərindən yaradılmış komanda AFFA- nın uşaq komandaları arasında yarışlarda iştirak edir. Məktəbdə yeni təlim metodlarının tətbiq edilməsi və müəllimlərin özüntəhsilə ciddi fikir vermələri valideyn məktəb əlaqələrinin davamlı inkişafı təhsildə keyfiyyətin yüksəlməsinə stimul vermişdir.Məktəb 2013cü ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi " müsabiqəsinin qalibi olmuşdur.2015-2016 və  2016-2017-ci ci dərs ilində məktəb 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrinə görə 41 pillə irəliləmiş və reyting sıralanmasında Qaradağ rayon məktəbləri arasında ilk pillədədir.2017-2018-ci dərs ilində  9 -11-ci siniflərin buraxılış imtahanların nəticələrinə görə  məktəb 149 pillə irəliləmiş və reytinq sıralanmasında Qaradağ rayonu üzrə 1-ci ,BŞTİ-yə tabe olan məktəblər siyahısında 18-ci ,ölkə üzrə 81-ci yerdə qərarlaşmışdır. 2018-2019-cu dərs ilini də məktəb üçün uğurlu saymaq olar. Belə ki, 2018-2019-cu dərs ilində məktəbi bitirən 40 nəfər məzundan 28 nəfəri respublikanın  müxtəlif nüfuzlu ali məktəblərinə, 6 nəfəri isə kolleclərə qəbul olunmuşdur. Məktəbi ümumi orta təhsil səviyyəsi üzrə bitirmiş 61 nəfərdən 3 nəfəri, tam orta təhsil səviyyəsi üzrə bitirmiş 40 nəfər məzundan 2 nəfəri fərqlənmə attestatı almışdır. 2018-2019- cu dərs ili məktəblilərimizin idman uğurları ilə də zəngin olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi