Nailiyyətlərimiz

Breyn-Rinqdə məktəb komandamızın uğuru25.11.2016-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Gənclər Evində ölkəmizdə keçiriləcək 1-ci İslam Oyunlarına həsr edilmiş məktəblilər arasında ,,Nə,Harada,Nə vaxt,,intellektual yarış keçirildi. Yarış Sahil qəsəbəsindəki 253,273,228,319 nömrəli tam orta məktəblərin,16 saylı peşə liseyinin və 9 nömrəli xüsusi internat məktəbinin şagirdləri arasında keçirildi. Gərgin mübarizə şəraitində keçən Breyn Rinqdə məktəbimizin komandası yüksək fəallıq göstərmiş,bilik və bacarıqlarını nümayiş etdirərək 1-ci yerə layiq görülmüşdürlər. Məktəbimizi yüksək səviyyədə təmsil etdikləri üçün şagirdlərimizi kollektivimiz adından təbrik edir,onlara uğurlar arzu edirik,səsiniz,sədanız həmişə yüksəklərdən gəlsin məktəbimizin İNTELLEKTLƏRİ !!!

Şagirdimizin musiqi sahəsində uğuruMistislav Rastrapoviç adına 21 nömrəli musiqi məktəbində kamança aləti üzrə təhsil alan,məktəbimizin 10 A sinif şagirdi Hacıyev Mahir Yaqub oğlu Özbəkistanda keçirilən musiqi festivalına dəvət almış,müsabiqədə Azərbaycanı uğurla təmsil etmiş və 1-ci dərəcəli fəxri diplomla təltif edilmişdir.Mahiri və onun valideynlərini,eləcə də üzərində əziyyəti olan müəllimlərini təbrik edirik,istedadlı şagirdimizə gələcək işlərində və şəxsi həyatında bol bol uğurlar arzu edirik!!!

Şagirdimizin uğuruMəktəbimizin 5 B sinif şagirdi Həsənov Sədrəddin Natiq oğlu eyni vaxtda idmanın 3 növü ilə məşğul olur: Pankrateon;Sərbəst və Yunan - Roma güləşi.Bütün növlərdə də naliyyətləri var . Onu da deyək ki,Sədi idmanla məşğul olmaqla bərabər dərslərini də yaxşı oxuyur,çalışqan və əzmli şagirddir.Təbrik edirik və uğurlarının davamını arzu edirik!

HAQQIMIZDA

       319 nömrəli tam orta məktəb 15 sentyabr 2007- ci il tarixdə istifadəyə verilmişdir.Məktəbdə fəaliyyət göstərən müəl...

BİZİM FƏXRLƏRİMİZ

Nicat İsayev Söhrab

Sevinc Əliyeva Famil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi