Nailiyyətlərimiz

MƏKTƏBLƏRARASI BİLİK YARIŞINDA QƏLƏBƏ22 may 2017-ci il tarixində 327 nömrəli tam orta məktəbdə ingilis dili fənnindən məktəblərarası bilik yarışı keçirildi. Yarışda məktəbimizin 5-ci sinif şagirdlərindən ibarət “Bilik” komandası 327 nömrəli tam orta məktəbin 5-ci siniflərindən ibarət “Təfəkkür” komandası ilə yarışdı. Yarış üç mərhələdən ibarət idi. 1-ci mərhələ “Grammar”, 2-ci mərhələ “Writing”, 3-cü mərhələ isə “Speaking” üzrə aparıldı. Yarış 318 nömrəli məktəbin üstünlüyü ilə başa çatdı. Məktəbimizin şagirdləri 1-ci yerə layiq görülüb, diplomla təltif edildi.

Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsi tərəfindən Fəxri FərmanMəktəbimiz Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən 24 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. İlk növbədə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin rəsmi hissəsindən sonra bədii hissədə 318 nömrəli məktəbin şagirdlərinə söz verildi. Şagirdlər Qeyrət qoruyucusu və şərəf gözətçisi, millətin milli ruhu, canı, qeyrət təcəllisi olan Azərbaycan Əsgəri qarşısında Ağarəhim Rəhimovun “Gəlinqayada qoşa məzar” povesti əsasında hazırlanan “Qırmızı Qar” tamaşasını nümayiş etdilər. 318 nömrəli orta məktəbin direktor əvəzi M. Kazımov, direktor müavini M. Mehbalıyev, məktəbin əməkdaşı R.Şahmurova Hərbi hissə tərəfindən fəxri fərmanla təltif edildilər.

Məktəbin “Möcüzə” rəqs qrupu və Uşaq Teatrının kollektivi Fəxri Fərmanla təltif olunmuşdurSoçi, Belarusiya, Yekaterinburq Beynəlxalq Festivallarının qalibi olduğuna görə 318 nömrəli tam orta məktəbin “Möcüzə” rəqs qrupu və Uşaq Teatrının kollektivi 1 iyun 2011-ci il tarixində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

HAQQIMIZDA

      Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan...

BİZİM FƏXRLƏRİMİZ

Aytac Yusifova İxdiyar

Murad Əhmədov Telman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi