Nailiyyətlərimiz

Onuncu sinif şagirdi Hüseyn Hüseynli Azərbaycan Respublikasının çempionu olmuşdur Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulmuşdur. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. 7 gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.    Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin boksçusu 318 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hüseynli Hüseyn Təvəkkül oğlu iştirak edərək Azərbaycan Respublikasının birinciliyini qazanmışdır. O, final döyüşlərində qalib gələrək çempion tituluna sahib olmuşdur. Hüseyn medal və diplomla təltif olunmuşdur.

Boks üzrə yarışda Hüseyn Hüseynli I yerə layiq görüldüUşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbləri məktəbdənkənar, sosial məqsədyönlü müəssisədir, öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumi təhsil müəssisələri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamasına və respublikada yüksək səviyyəli idmançıların hazırlanmasının başlanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan bu məktəbin Boks idman növü üzrə açıq birinciliyi keçirilmişdir. Birincilik 8 Noyabr – Zəfər Gününə həsr olunmuşdur. 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 318 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Hüseynli birinci yeri qazanaraq, medal və diplomla təltif olunmuşdur.

Şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə yarışda qalibimiz 26 sentyabr 2022-ci tarixində ​ Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib. Gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.     Turnirə paytaxt Bakıdan, Qəbələ və Şamaxı rayonlarından ümumilikdə 14 komanda qatılıb. Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə 250-ə yaxın idmançı 9 çəki dərəcəsində mübarizə aparıb.  2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda 318 nömrəli tam orta məktəbin 4 “B” sinif şagirdi Abdullazadə Camal 3-cü yeri qazandı.

HAQQIMIZDA

      Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan...

BİZİM FƏXRLƏRİMİZ

Həmid Musayev Barat

Aytac Yusifova İxdiyar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi