Nailiyyətlərimiz

Məzunlarımızın uğurlarıHər il olduğu kimi bu il də 318 nömrəli tam orta məktəbin məzunları öz müəllim və valideynlərini sevindirdilər. 2021-2022-ci il məzunlarının 67 nəfəri yüksək bal toplayaraq Azərbaycan və xarici ölkə universitetlərinə qəbul olmuşlar. Məzunlarımızı təbrik edirik. İnanırıq ki, harada olurlarsa olsunlar, doğma məktəbin adını həmişə uca tutacaqlar. Vətəninə, millətinə layiqli bir övlad olacaqlar.

Hüseynli Hüseyn Türkiyə Cümhuriyyəti Gənclik və Spor Bakanlığı tərəfindən medal və diplom ilə təltif olunmuşdur11-12 iyun 2022-ci il tarixində Bayburt şəhərində keçirilən Egitim və Ögretim Yılı Okul Sporları Fəaliyyət proqramına Azərbaycan boks komandası da qatılmışdır. Komandanın tərkibində 318 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Hüseynli Hüseyn də iştirak etmişdir. Bu müsabiqədə I yer qazanan Hüseynli Hüseyn Türkiyə Cümhuriyyəti Gənclik və Spor Bakanlığı tərəfindən medal və diplom ilə təltif olunmuşdur.

VII MƏKTƏBLİLƏRARASI FƏNN MÜSABİQƏLƏRİNİN QALİBİ2021-2022-ci tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən VII Fənn müsabiqələrinin qalibi olan 318 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Zeynal Rəsulzadə Bakı Avropa Liseyində keçirilən tədbirdə mükafatlandırıldı. Zeynal Biologiya fənni üzrə müsabiqədə I Yer qazanmış və qızıl medala layiq görülmüşdür. Həmçinin Zeynal Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən diplomla təltif olunmuşdur. Eyni zamanda 5 il bu məktəbdə təhsil alan şagirdimiz Kamil də qızıl medal və diplomla təltif edilmişdir.

HAQQIMIZDA

      Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan...

BİZİM FƏXRLƏRİMİZ

Günel Zeynallı İsa

Zeynal Rəsulzadə Zahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi