Valideynlərlə görüş keçirildi

Məktəb rəhbərliyi vaxtaşırı şagirdlərin valideynlərini məktəbə dəvət edib onlara müəyyən sistem ilə müntəzəm pedaqoji təhsil verir, uşaqların təlim-tərbiyəsi işlərini məktəbin vəzifələri və tələbləri istiqamətində daha düzgün və səmərəli qurmaq, təşkil etmək və həyata keçirmək ideyaları, üsulları və vasitələri haqqında pedaqoji biliklərlə məlumatlandırır, təlimatlandırır və istiqamətləndirir.

Məktəb ailə tərbiyəsi sahəsində, ailədə uşaqları müvəffəqiyyətlə tərbiyə etmək işində həmişə valideynlərə qayğı və kömək göstərmiş, onların ailə tərbiyəsinə dair zəruri elmi-pedaqoji bilklərlə silahlanmasını təmin etmişdir. Bu tədbirlər valideynlərin tərbiyə prosesinin mahiyyəti, məqsəd və vəzifələri, tərbiyə işlərinin xüsusiyyətləri, səmərəli təşkili yolları, vasitə və üsulları, habelə ailədə övlad tərbiyəsində valideynlərin vəzifələri, məsuliyyəti, valideyn nüfuzunun əhəmiyyəti və onun təsiri, ev tapşırıqları üzərində valideyn nəzarəti və s. kimi mənimsəməsinə çox kömək edir.

Bütün bu işlər ayrı-ayrı siniflərdə tərbiyə prosesinin keyfiyyətinin yüksədilməsinə müsbət təsir göstərir, şagirdlərin tərbiyəsini yaxşılaşdırır və təkmilləşdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi