“Narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirilmişdir

Suraxanı rayonundakı 318 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə, məktəbin yuxarı sinif şagirdləri iştirak etmişdir. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyə və məsləhətlər vermiş, onları maraqlandıran sualları cavablandırmışlar. Onlar çıxış edərək bildiriblər ki, narkomaniya cəmiyyətə, dövlətə və ümumilikdə bəşəriyyətə çox böyük ziyan vurur və onun qarşısının alınması uğrunda hər kəs mümkün olan bütün vasitələrdən istifadə etməlidir.

Tədbirin sonunda narkomaniyanın fəsadlarını əks etdirən videomateriallar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi