Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəbdə tədbir keçirib

23 may 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayon Regional Mərkəzi 318 nömrəli  tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Toplantıda FHN-in əməkdaşları, həmin məktəblərin müəllim və şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularda kollektivin biliklərinin artırılması olub.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi” və “112” qaynar telefon xətti” mövzularında çıxışlar edilib.

               Sonda mövzulara dair videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi