Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirildi

    Dünya ədəbiyyatinin görkəmli nümayəndəsi, dahi şairi - Nizami Gəncəvi hər zaman diqqət mərkəzində olmuşdur. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasinin 880 illiyi tamam olur. Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev 2021-ci ili "Nizami Gəncəvi ili" elan edib.

    Baki şəhəri 318 nömrəli tam orta məktəbin 9 “B” sinfinin Nizami Gəncəvinin 880 illiyinə həsr etdiyi gecədə dahi şairimizin geniş şöhrət tapmış "Xəmsə"si, eyni zamanda, hikmətli sözləri nəzərə çatdirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə İsmayılzadənin rəhbərliyi ilə keçirilən bu gecədə iştirak edən şagirdlərdən Bağırova Nurgül “Sirlər Xəzinəsi” poeması, Abbaslı Hüseyn “Kərpickəsən kişinin dastanı”, Mirzəyeva İradə “Sultan Səncər və Qarı”, Səmədli Selcan “Leyli və Məcnun”, Məhərrəmli Nəzrin “İsgəndərnamə”, Hüseynli Fatimə “Xosrov və Şirin”, Əhmədov Əli “Yaralı bir uşağın dastanı” və Məmmədli Nərmin "Yeddi Gözəl" poemasi haqqinda öz təəssüratlarini bölüşdürdülər (https://youtu.be/FrFHOG-zsG4).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi