Bu gün ilk dərslər 20 Yanvar faciəsinə həsr olundu

Xalqımızın qan yaddaşına yazılan hadisələrdən biri də 20 Yanvar faciəsidir. Bu faciədən 31 il keçsə də uşaqdan böyüyə heç kəs bu faciəni unutmur, şəhidlərin xatirəsini əziz tutur, onların məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Bu gün 318 nömrəli məktəbdə ilk dərslər Qanlı Yanvar faciəsinə həsr edildi. 4 “Ə” sinfinin rəhbəri Surat Əliyeva da öz şagirdləri ilə uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix haqqında söhbət etdi (https://youtu.be/AY4f1jKej8Q). Onlar bir dəqiqəlik sükutla şəhidlərimizi anaraq xalqımızın igid övladlarını məhəbbətlə və böyük ehtiramla yad etdilər, şəninə şeirlər söylədilər (https://youtu.be/MaxWnj2-ESA). Fatimə Rəsulovanın dediyi şeirdəki kimi Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi (https://youtu.be/Kv1hIMMevt0). Şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə bir qürur mənbəyi olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi