Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən məktəb məzunu Nəcəfov Zahid Abdulla oğlu medallarla təltif olundu

   Məktəbin məzunları Vətənin dar günlərində şücaət və igidlik göstərərək torpaqlarımızın azad olunmasında fəal iştirak ediblər. Ali Baş Komandanın fərmanı ilə medallarla təltif olunan məzunlardan biri də Nəcəfov Zahid Abdulla oğludur. O, Vətən uğrunda gedən ağır döyüşlərdə öz qəhrəmanlığı ilə fərqlənmişdir.

   Azərbaycan xalqının gənc oğul və qızlarının belə vətənpərvər ruhda böyüməsində valideynlərlə yanaşı müəllimlərin böyük də rolu vardır. Hələ orta məktəbdə oxuyarkən Zahidə dərs deyən tarix müəllimi Sevda Kərimovanın söylədiyinə görə o, tarix dərslərində vətənpərvər çıxışları ilə diqqəti cəlb edirdi.

   Nəcəfov Zahid Abdulla oğlu Şuşanın və Kəlbəcərin azad olunmasında iştirak edərək göstərdiyi igidlik və şücaətinə görə Ali Baş Komandanın fərmanı ilə “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

   Hal-hazırda Nəcəfov Zahid Abdulla oğlu “kapitan” rütbəsinə qədər ucalmış və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətini uğurla davam etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi