"MS Teams" proqramından istifadə indi çox asandır

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da koronovirusun yaratdığı böhranlı vəziyyətlə əlaqədar distant təhsil tətbiq edilir. Məktəblərdə onlayn dərslərin təşkili üçün “MS Teams” platformasından geniş istifadə olunur.

318 nömrəli tam orta məktəbin pedaqoji şura katibi, kimya-biologiya fənn metodbirləşmə sədri Şəhla Mehdiyeva öz təşəbbüsü ilə youtube kanalı yaratmış və orada bütün incəliklərinə qədər bu proqramın necə istifadə olunması haqqında məlumatlar yerləşdirmişdir (https://www.youtube.com/channel/UCzv0YFQ3AEtyU2641nEuKpQ). Kanalda “MS Teams” proqramının həm kompüter, həm mobil versiyalarından istifadə qaydaları, eləcə də onun həm müəllim, həm şagird interfeysinin bütün detalları izah olunmuşdur.

Müəllimlər keyfiyyətli, səmərəli və maraqlı dərs mühiti yaratmaq üçün bu kanaldan yararlana bilərlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi