Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər "xalqım" deyəcək, xalq "Heydər" söyləyəcək...

Bu gün Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Ulu Öndər Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi ilə müasir Azərbaycanın dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaradılmış, müstəqil Azərbaycan dünyada öz layiqli yerini tutmuşdur.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Heydər Əliyevin şərəfli ömür yolu Vətəninə, xalqına bağlı hər bir azərbaycanlı üçün bu gün canlı örnəkdir.

Bakı şəhəri 318 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri sinif rəhbəri Firuzə Nəcəfovanın köməkliyi ilə əvvəlki illərdə çəkilmiş şəkillərdən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videoçarx (https://youtu.be/pKiHQ48CoJk) hazırlamışlar. Bu videoçarxda ulu öndər iftixarla və böyük qürurla xatırlanır.

Bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Memarı və qurucusu ümummilli liderimiz olan müstəqil dövlətimiz qarşısında hər bir vətəndaşın borcu Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi