“Narkomaniyaya yox deyək!”

Suraxanı Rayon Polis İdarəsinin təşəbbüsü ilə 318 nömrəli məktəbdə “Narkomaniyaya yox deyək!” adlı görüş keçirildi. Məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması məqsədi ilə keçirilən bu tədbirdə Suraxanı Rayon Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili” bölməsinin rəisi, polis mayoru Namiq Abbasov, 32 nömrəli Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rəşad Quliyev, 32 nömrəli Polis Bölməsinin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Elmar Hüseynov iştirak etmişdir.

Tədbiri giriş sözüylə açan Suraxanı Rayon Polis İdarəsinin “Yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili” bölməsinin rəisi, polis mayoru Namiq Abbasov narkomaniyanın tək ölkəmiz üçün deyil bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarında və  qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasını, təbliğat işlərinin geniş vüsət almasınının vacibliyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi