“9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”

Noyabr 8-də Suraxanı rayon 316 saylı tam orta məktəbdə “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə geniş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G.Əkbərova çıxış edərək şagirdləri bayraq günü münasibətilə təbrik etdi. Sonra tədbirimizi şagirdlərimiz bayraqlarımızın tarixi ilə bağlı səhnəciklər,rəqs və musiqilərlə davam etdirdi. Tarix müəllimi V.Babayev və hərbi rəhbəri İ.Əliyev çıxış edərək bayraqlarımızın tarixindən və onu qanımız bahasına qorumalı olduğumuzdan söz açdılar. Belə tədbirlər şagirdlərimizə dövlət atributlarına daha da hörmət etməyi aşılayır.