Pedaqoji şuranın iclası keçirildi

18 iyun 2025-ci il tarixində 2024/2025-ci tədris ilinin yekunlarına dair Pedaqoji Şuranın iclası keçirilib. İclasda məktəbin direktoru Yasin Quliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək tədris ilinin ümumi yekunlarını pedaqoji heyətlə birlikdə müzakirə edib.
İclas zamanı 2024/2025-ci tədris ilinin yekunları,şagirdlərin sinifdən-sinfə keçirilməsi,yay tapşırıqlarının verilməsi, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, təlim və tərbiyə sahəsində görülmüş işlər təhlil olunub. Məktəb üzrə şagird nailiyyətləri, psixoloji və tərbiyəvi fəaliyyətlərin təşkili, eləcə də cari məsələlər də gündəlikdə yer alıb.
Təkrar sinifdə saxlanılan şagirdlərin valideynləri də Pedaqoji şuranın iclasında iştirak etdilər. Valideynlərin şagirdlərin sinifdə saxlanılması ilə bağlı sualları məktəb rəhbərliyi və sinif rəhbərləri tərəfindən cavablandırılıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Esmira Qocayeva,Xəyalə Allahverdiyeva,Bahar Ağayeva,Fərqanə Məmmədli tədris ilinin yekunlarına dair hesabatı nəzərə çatdırdılar. Tədris ilinin yekunlarının təhlili ilə yanaşı növbəti tədris ili üçün tədrisin keyfiyyətinin artırılması,məktəbdaxili nizam və intizam qaydalarının inkişaf etdirilməsi üçün təklif və tövsiyələr verildi.
Eyni zamanda Təhsilverənlərin Sertifikartlaşdırılması imtahanında yüksək nəticə göstərmiş və tədris ili ərzində uğurlu nəticələri ilə fərqlənən müəllimləri məktəbin direktoru Yasin Quliyev təbrik etmiş,onlara pedaqoji fəaliyyətlərində uğur arzu etmişdir.