28 May – Müstəqillik Günü

Mayın 27-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə 28 May – Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir məktəbin direktoru Yasin Quliyevin çıxışı ilə açıq elan olunub. O öz nitqində bildirib ki, "28 May Müstəqillik Günü" Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. 107 il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olub.Xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini zənginləşdirib .Ulu Öndərimiz Heydər Əliyev dəfələrlə bildirmişdir: "Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa Xalq Cümhuriyyətinə borcluyuq.Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.
Tədbir şagirdlərin ifasında vətənə və müstəqilliyə aid musiqilərlə sona çatıb.