HAQQIMIZDA

    Məktəb cənab prezident İlham Əliyevin 2006-cı il fərmanı ilə tikilmişdir. Bu fərman əsasında 15.09.2007-ci lidən 558 nəfər şagirdlə fəaliyyətə başlamışdır. 136 nəfər pedaqoji heyyət və 31 nəfər texniki işçi ilə ilk tədris ilini başa vurmuşdur. Məktəbdə 42 sinif otağı, fizika, kimya, biologiya kabinetləri quraşdırılmış və informatika otağı, kitabxana, idman zalı, bufet fəaliyyət göstərir.Hal-hazırda 2808 şagirdin təlim-tərbiyəsi ilə 148 müəllim məşğul olur. Təlim Tərbiyə işləri üzrə direktor müavinləri şagirdlərin davranışı, davamiyyəti və təhsili ilə yüksək səviyyədə məşğul olmağa çalışırlar.

Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.
     Məktǝbin idarə olunmasında valideyn və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin tədris planlarının təsdigi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə müxtəlif təmayül sinifləri yaradılmışdır.
Məktəbdə məktəbəhazırlıq qrupları faaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət tasir göstərir. Bunun nəticəsidir ki, hər il 40-50%  məzunumuz ali məktəbə qəbul olur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi