"15 İyun-Milli Qurtuluş Günü"

 

    "15 İyun-Milli Qurtuluş Günü" bu gün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olan, dövlətçiliyimizin xilası və sabitliyimizin bərpası,Zəfərə gedən yolun başlanğıc günüdür. 1993 -cü il 15 İyun tarixində ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmadan və xaosdan xilas etdi.

11.06.2025 tarixində 316 nömrəli tam orta məktəbdə Məktəbdənkənar və Sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ulduz Qasımovanın təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 316 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının sədri Yasin Quliyev,YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə,məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Məktəbin şagirdləri tərəfindən bir-birindən rəngarəng kompazisiyalar təqdim edildi.

Tədbiri giriş sözü ilə açan 316 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon ƏPT-nin sədri Yasin Quliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevlə qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yoluna inanan geniş xalq kütlələri öz hədəfinə çatmışdır.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək, qeyd etmişdir ki, biz artıq müstəqilliyimizi qoruyan yox, onu zəfərlə taclandıran dövlətik. Qarabağ artıq azaddır! Bu gün Azarbaycan müstəqil, qüdrətli və qalib dövlətdirsə, bu yolda Heydər Əliyevin iradəsi, İlham Əliyevin qətiyyəti və Azərbaycan xalqının birliyi dayanır!

Daha sonra çıxış edən məktəbin tarix müəllimləri Vüsal Babayev, Aysel Kələşova, İlhamə Şirinova qeyd etmişlər ki, əgər bu gün biz məktəblərdə azad Azərbaycanın bayrağı altında təhsil alırıqsa, bu sabitlik, bu qürur, bu azadlıq – 15 İyunun bəhrəsidir! Qurtuluşdan zəfərə gedən bu yolda, hər birimizin üzərinə məsuliyyət düşür. Bu vətəni qorumaq, bu bayrağı ucalarda saxlamaq bizim borcumuzdur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi