"Konstitusiya və Suverenlik İli"

Suraxanı rayon 316 nömrəli tam orta məktəbin akt zalında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı şagirdlər üçün mühazirə təşkil olundu.Mühazirəçi U.Qasımova "Konstitusiya və Suverenlik İli" haqqında geniş məlumat verdi. Çıxış edən digər mühazirəçilər G.İsparova və G.Cəniyeva Konstitusiyanın qəbulunun 30 illiyi, onun insan hüquq və azadlıqlarının təmin edilməsində rolu, qanunun aliliyi prinsipləri və Azərbaycanın müstəqillik tarixi barədə danışdılar.Daha sonra
18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar şagirdlərə ətraflı məlumat verildi. İlham Əliyev tərəfindən 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları Günü kimi qeyd edilməsinə dair Sərəncam imzalandığı və həmin tarixdən bu günədək insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olunduğu,suverenliyin qorunmasının və dövlətçiliyin möhkəmləndirilməsinin vacibliyi, Vətən müharibəsində əldə olunan qələbənin önəmi haqqında da məlumatlandırıldılar. Daha sonra sual-cavab sessiyası keçirildi və şagirdlər Konstitusiya və suverenlik mövzusunda öz fikirlərini bölüşdülər.