"Yeniyetmə dövründə zərərli vərdişlər"

Aprelin 1-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə həkim İlahə Tağıyeva VIII və IX siniflərində "Reproduktiv sağlamlıq " çərçivəsində şagirdlərərlə tütün və tütün məhsullarının insan sağlamlığına vurduğu zərərləri aşılayan maarifləndirici söhbət apardı.Zərərli vərdişlərin asılılıq yaratması və insan psixologiyasını mənfi təsirləndirməsi haqqında məlumat verdi. Sağlam həyat tərzi üçün vacib olan istiqamətlər diqqətə çatdırıldı.