“Valideynin məktəbdə bir günü”

Mayın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 əmrinin icrasını təmin etmək məqsədilə məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində “Valideynin məktəbdə bir günü” adlı tədbir keçirilib.
Məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsidir.Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ulduz Qasımova,UBTR Aytən Fərəcova valideynlərə məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verdi.