Plastik tullantılar
Noyabrın 8-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə plastik tullantıların ətraf mühitə mənfi təsiri haqqında şagirdlərlə söhbət aparıldı. Məktəbin tərbiyə işləri üzrə direktor müavini U.Qasımova, təsərrüfat işləri üzrə direktor müavini A.Vahabova və məktəbin tibb bacısı çıxış edərək şagirdlərə plastik tullantıların ətraf mühitə mənfi təsiri və alternativ materiallardan istifadə etməyi məsləhət gördülər. Bu cür tədbirlərin daimi keçiriləcəyini qeyd etdilər. Daha sonra şagirdlərin çeşidlənərək toplanılan tullantılardan hazırladıqları əl işləri nümayiş olundu.