“Yol hərəkəti qaydalarına riayət et”

Oktyabrın 25-də Suraxanı rayonu 316 saylı tam orta məktəbin 3 “J” sinfində “Yol hərəkəti qaydalarına riayət et” mövzusunda təşkilat saatı keçirildi. Təşkilat saatında sinif rəhbəri G.Rzayeva şagirdlərə yolda təhlükəsiz davranış qaydaları barədə məlumat verdi və yol hərəkət qaydalarını məktəb yaşlarından öyrənilməsinin, buna əməl olunmasının vacibliyini vurğuladı.Şagirdlərin yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı marifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələlərinə yönləndirilməsi məqsədilə xüsusi formalı şagirdlər yol hərəkət qaydaları nümayiş etdirdilər.