“Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi”

Oktyabrın 23-də Suraxanı rayonu 316 saylı tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsi keçirildi. Şagirdlər müsabiqədə Nəsimi poetik yaradıcılığının xüsusiyyətlərini ehtiva edən tədqiqat mövzuları ilə çıxış etdilər. Məktəbdaxili mərhələnin nəticəsinə əsasən X sinif şagirdi Qasımova Lamiyə “Nəsimi poetikasında hürufi müəmmaları” adlı tədqiqat mövzusu ilə qalib seçildi.