"18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü"

Oktyabrın 18-də Suraxanı rayonu 316 saylı tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini U.Qasımovanın təşkilatçılığı ilə “Dövlət Müstəqilliyi Günü” qeyd olundu. Belə ki, səhər 7:30-da şagirdlər əvvəlcə dövlət himnini oxudular. Sonra məktəbin tarix müəllimi V.Babayev müstəqilliyimiz haqqında məlumat verdi. Daha sonra akt zalında geniş tədbir keçirildi. Şagirdlərin ifasında vətənimiz, xalqımız, müstəqilliyimiz haqqında mahnılar səsləndi, şeirlər söylənildi. Sonda U.Qasımova müəllim və şagirdləri bir daha təbrik etdi. Dövlət müstəqilliyi təşkilat saatlarında da qeyd olundu. Müstəqilliyimiz fəal oxucularla məktəbin kitabxanasında da qeyd olundu.