“Hansı peşə daha yaxşıdır”

Oktyabrın 11-də 3 “J” sinfində “Hansı peşə daha yaxşıdır” adlı sinif təşkilat saatı keçirildi. Təşkilat saatında şagirdlər sevdikləri sahələrə aid şəkillər çəkərək özlərini onlara bənzətməyə çalışırdılar. Bəzi şagirdlər isə sevdikləri peşələrin formalarında iştirak edirdilər. Sinif rəhbəri G.Rzayeva bütün peşələrin əhəmiyyətli olduğu haqqında məlumat verdi. Təşkilat saatında məktəbin tərbiyə işləri üzrə direktor müavini U.Qasımova və ubtr A.Əlirzayeva iştirak edirdilər.