Valideynlərlə iclas

      Sentyabrın 26-da Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə ümumi məktəb üzrə valideyn iclası oldu. İclasda məktəbin direktoru Əkbərova Gülnarə, psixoloq Hümbətova Könül, tərbiyə işləri üzrə direktor müavinləri Qasımova Ulduz və Allahverdiyeva Xəyalə iştirak etdilər. İclasda 2018-2019-cu tədris ilinin yekunlarına görə məktəbimizin əldə etdikləri nailiyyətlər, 600 baldan yuxarı nəticə qazanmış şagirdlərimiz və 2019-2020-cı tədris ilində qarşıda duran vəzifələrdən qısa məlumat verildi. Məktəbimizdə tərbiyə işinin təşkilindən danışıldı. Sonda valideynlərin fikirləri dinlənildi, valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi