“Ümumdünya sülh günü”

Sentyabrın 20-də Bakı şəhəri Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin 8 “C” sinfində “Ümumdünya sülh günü” ilə bağlı təşkilat saatı keçirildi. Təşkilat saatı sinif rəhbəri Hacıyeva Şəbnəmin rəhbərliyi altında keçirildi. “Ümumdünya sülh günü” BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Sinif rəhbəri şagirdlərə geniş məlumatlar verdi və sonda şagirdlər sülh haqqında şeirlər söylədilər.