"28 May Respublika günü" nə həsr olumuş yarış

Mayın 27-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “28 May Respublika Günü”nə həsr olunmuş idman yarışı keçirildi. Tədbirə məktəbin fiziki tərbiyə müəllimi Ş.Hacıyevanın hazırladığı gimnastik nömrə ilə start verildi. Şagirdlərin çıxışları maraqla qarşılandı. Ş.Hacıyevanın və Ş.Məhərrəmovanın hakimliyi ilə baş tutan yarışda 5 “A” sinif şagirdi Loğman Şahverənov I , Saleh Aslanov II , Ümid Hacızadə III yerə layiq görüldü.