İdeoloji maarifləndirmə

Mayın 23-də fəaliyyət planına uyğun olaraq İdeoloji maarifləndirmə sahəsində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini U.Qasımovanın təşkilatçılığı ilə növbəti tədbir oldu. Tədbirin mövzusu İslam dəyərlərinin mənəviyyatı, vətən təəssübü, elm, təhsil haqqında ibrətamiz fikirləri idi. Məktəbin müəllimi R.Sadıqov İslamda böyüklərə hörmət, elmə, vətənə məhəbbətə bir çağırış olduğunu qeyd etdi. Sonra isə G.Əjdərova İslama böyük dəyər verən görkəmli şəxsiyyətlərdən danışdı. Ulu öndərimiz H.Ə.Əliyevin və cənab prezidentimiz İ.Əliyevin məscidlərdə xalqla bir yerdə ibadətləri nümayiş olundu. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi