“Din dünya gerçəkliyini dərk etməyə aparan bir yoldur”

Mayın 21-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini U.Qasımovanın təşkilatçılığı ilə İdeoloji maarifləndirmə sahəsində növbəti tədbir keçirildi. Tədbirin mövzusu İslam dəyərlərinin formalaşdırılması baxımından “İslam dininin humanist mahiyyəti, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfaqətə, mədəniyyətə, dəyərlərimizə hörmətə, elmə və inkişafa çağırış dini olması”dır. Əvvəlcə məruzəçi M.Alməmmədova “Din dünya gerçəkliyini dərk etməyə aparan bir yoldur” –sözləri ilə başlanan çıxışında dünyəvi, səmavi və qeyri-səmavi dinlər haqqında məlumat verdi. Sonra isə demokratik dövlət olan Azərbaycanda tolerantlıqdan danışdı. Daha sonra son dövrlərdə Azərbaycanda dini sahədə ölkə başçısının rəhbərliyi ilə görülən işlər müəllim A.Vəliyevanın hazırladığı slaydlarda öz əksini tapdı. Şagirdlərin çoxsaylı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi