Milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması

Mayın 7-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə Milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması sahəsində milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması baxımından növbəti tədbir keçirildi.
Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti, Qədim Azərbaycan dövlətlərinin bayraqları və digər rəmzləri adlı tədbir Tərbiyə işləri üzrə direktor müavini U.Qasımovanın təşkilatçılığı ilə təşkil olunmuşdu. Mühazirəçi Əliyarova Lalə müasir dövlət rəmzləri və onların tarixi keçmişi haqqında geniş məlumat verdi. Mühazirə slaylarla müşayiət olundu. Sonra şagirdlər şeirlər söylədilər, mahnılar oxudular.