Şagirdlərlə gəzinti "Yanar Dağ"

Mayın 11-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin 2 “A” sinif şagirdləri “Yanar Dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyaya getdilər. Ekskursiya sinif rəhbəri Nuriyeva Minurə və bir qrup valideyn nəzarəti altında təşkil olundu. Şagirdlərin çox böyük marağına səbəb olan bu gəzinti tariximiz və mədəniyyətimiz haqqında geniş təsəvvürlər yaratdı. Uşaqların bu Təbiət qoruğu haqqında sualları müəllimləri tərəfindən cavablandırıldı.