İdeoloji maarifləndirmə

Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə İdeoloji maarifləndirmə sahəsində növbəti tədbir keçirildi. İslan dəyərlərinin formalaşdırılması baxımından “Dini fanatizmin dini radikal meyllərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri” mövzüsunda olan tədbir II hissədən- mühazirə və seminardan ibarət idi.

   Mühazirəni məktəbin ingilis dili müəllimi Məmmədova Gülnarə Tofiq qızı, seminar hissəni isə məktəbin tərbiyə işləri üzrə direktor müavini Qasımova Ulduz İsrəfil qızı hazırlamışdılar. Mühazirəçi şagirdləri İslan dini dedikdə Quran kitabında yazılanları oxuyub, anlamaq və onları əldə rəhbər tutmağa çağırırdı. Dini məzhəblərə bölünməyərək vahid dinimizə xidmət  göstərməyi şagirdlərə tövsiyə etdi.

  Sonra seminar hissəni U.Qasımova Ümumilli liderimiz H.Ə.Əliyevin sözləri ilə açdı. H.Ə.Əliyev deyirdi: “İslan dini-bizim mülli mənəvi dəyərimizdir”. Şagirdlərin müxtəlif sualları hərtərəfli cavablandırıldı. Mövzu slaydlarla geniş işıqlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi