İdeoloji maarifləndirmə

Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə İdeoloji maarifləndirmə sahəsində növbəti tədbir keçirildi. İslam dəyərinin formalaşdırılması baxımından “Dini hadisə, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti” mövzusunda olan tədbir iki hissədən mühazirə və seminardan ibarət oldu. Tədbir tərbiyə işləri üzrə direktor müavini U.Qasımovanın təşkilatçılığı ilə keçirildi. Məruzəçi sinif rəhbəri H.Pərvanə idi. “İslam-birlik, bərabərlikdir. İslam-düzlük, həya, ismətdir” deyən məruzəçi İslam dininin tərbiyəvi əhəmiyyətindən danışdı. O, islam dini altında öz çirkin əməllərini həyata keçirməyə çalışanları pislədi. Şagirdlərin İslamda elm, təhsil, dünyagörüşü haqqında verdikləri suallar ətraflı cavablandırıldı. Tədbir maraqlı slaydlarla tamamlandı.