“31 Mart azərbaycanlıların soyqırım günüdür”

Martın 29-da Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “31 Mart azərbaycanlıların soyqırım günüdür” adlı geniş tədbir keçirildi. Tədbir məktəbin tərbiyə işlərin üzrə direktor müavini Ulduz Qasımova və ibtidai sinif müəllimi Pərvanə Seyidovanın təşkilatçılığı ilə hazırlanmışdı. Dövlət himnimizlə başlanan tədbirdə şagirdlər Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizi hörmətlə yad etdilər. Azərbaycanın qəhrəman oğullarının şücaətləri haqqında səhnəciklər göstərdilər, qəhrəmanlıq mahnıları oxudular və şeirlər söylədilər.
Uşaqlar ermənilərin vəhşiliklərini pislədilər və haqq uğrunda çalışan azərbaycanlıların qalib gələcəyinə əmin olduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi