Milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması

Martın 29-da Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə Milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması sahəsində, milli təfəkkür və milli iftixar hissinin aşılanması məqsədi ilə ədəbi-bədii gecə keçirildi. “Azərbaycan dilinin zəngin ifadə vasitələri, poeziya, nəşr və elm dili olması, təkmil ədəbi dil səviyyəsinə yüksəldilməsi” başlığı altında şagirdlər Azərbaycan dilinin zənginliyi, dəyəri, şirinliyi haqqında şeirlər söylədilər, mahnılar oxudular.
Tədbirdə dahilərimizin Azərbaycan dili haqqında söylədikləri kəlamları da səsləndirildi. Tədbir Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımovanın və dil-ədəbiyyat müəllimi Gülvaz Əjdərovanın təşkilatçılığı ilə keçirildi.