Mühazirə

Martın 29-da Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə Milli-mənəvi və ümumbəşəri dəyərlərin formalaşdırılması sahəsində növbəti mühazirə keçirildi. Mühazirə Milli-mənəvi, ümumbəşəri və multikultural dəyərlərin təbliği və təşviqi məqsədi ilə keçirildi. “Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” mövzusunda olan mühazirəni məktəbin Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova aparırdı.
Tarixi, mədəniyyəti, mənəviyyatı ilə daima ucalarda olan “ Azərbaycanın hər bir vətəndaşı milli-mənəvi dəyərləri ilə öz mənəvi dünyasını zənginləşdirmək, bu dəyərləri qoruyub saxlaya bilmək və gələcək nəsillərə ötürə bilmək üçün mütləq, əhatəli biliyə malik olmalıdır ” deyən mühazirəçi gənc nəslin azərbaycançılıq ideyaları uğrunda tərbiyəsini xalqımızın qələbələrinin, nailiyyətlərinin təminatçısı hesab edirdi. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gördükləri işlər haqqında şagirdlərə geniş məlumat verildi.