"Dəyirmi masa"

Martın 28-də Suraxanı rayonu rayonu 316 nömrəli tam orta məktəbdə İdeoloji maarifləndirmə sahəsində uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması baxımından “ Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda dəyirmi masa keçirildi. Müzakirədə məktəbin direktoru Gülnarə Əkbərova, Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova, tarix müəllimi Vüsal Babayev, digər müəllimlər və şagirdlər iştirak etdilər. Şagirdlərə təhsildə son dövrlərdə keçirilən islahatlar haqqında geniş məlumatlar verildi.
Sovet imperiyası dövründə və müasir təhsilimizin müqayisəsi isə şagirdlərin marağına səbəb oldu. İştirakçıların çoxsaylı sualları müəllimlər tərəfindən hərtərəfli cavablandırıldı. Təhsilə dövlət qayğısı isə hərtərəfli işıqlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi