Mühazirə

Martın 28-də Suraxanı rayonu rayonu 316 nömrəli tam orta məktəbdə növbəti mühazirə keçirildi. Mühazirənin mövzusu İdeoloji maarifləndirmə sahəsində uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması baxımından “ Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi” idi. Mühazirəçi məktəbin Çağırışaqədərki Hərbi Hazırlıq rəhbəri İlqar Sultanov ordumuzun yarandığı tarixdən bu günə qədər keçdiyi yoldan, Ümum-milli liderimiz H.Ə.Əliyevin ordu quruculuğunda olan müstəsna rolundan danışdı. Ölkə rəhbərliyinin, şəxsən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin bu sahəni daim diqqətdə saxlaması vurğulandı.
Son dövrlərdə ordumuzun əldə etdiyi qələbələr də slaydlarla işıqlandırıldı. Mühazirədə məktəbin direktoru Gülnarə Əkbərova, Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.