"Simadan-asimana"

Martın 13-də Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “Simadan-asimana” adlı geniş tədbir keçirildi. Tədbir dahi şair və mütəfəkkir İmaməddin Nəsiminin 650 illiyinə həsr edilmişdi. “Nəsimi ili” çərçivəsində keçirilən bu tədbirdə məktəbin şagirdləri İ.Nəsiminin həyatı, yaradıcılığı və ideaları haqqında məlumatlar verdilər.
"Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq "
-deyən dahi söz ustadının sözləri və əməlləri səhnəciklərdə işıqlandırıldı, slaydlarda göstərildi və qəzəllərdə söylənildi. Bir sözlə, Nəsimisevərlər üçün gözəl bir töhvə hazırlandı.