Bədən tərbiyəsi və İdman günü

5 mart ölkəmizdə “Bədən tərbiyəsi və İdman günü”dür. Bu tarix Prezident İlham Əliyevin Bədən tərbiyəsi və diman gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir. Bu tarix təsadüfi deyil. Məhz 1995-ci il martın 5-i Ulu öndər H.Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman fondunu təsis edib, Bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Hacıyeva Şəbnəm şagirdləri məlumatlandırdıqdan sonra fiziki tərbiyə müəllimi Məhərrəmova Şəhla müəllim ilə birlikdə 5 “D” sinfində yarış keçirdilər.
“Bayraqlar uğrunda mübarizə” adlı yarışda əsas məqsəd şagirdlərə bayrağı qorumağın vacibliyini, bayrağın müqəddəsliyini və vətənpərvərlik hissini aşılamaq idi. Yarış çox maraqlı keçdi. Şagirdlər müqəddəs üçrəngli bayraq uğrunda layiqincə mübarizə apardılar.