Beynəlxalq mülki müdafiə günü

1 mart 2019-cu il tarixdə “Beynəlxalq mülki müdafiə günü” ilə əlaqədar olaraq Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzusunda geniş tədbir keçirildi. Tədbirdə Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri Əliyev İlqar çıxış edərək mülki müdafiənin yaranması ilə bağlı şagirdləri məlumatlandırdı.O, şagirdlərə təbii fəlakətlər zamanı özlərini necə qorumalı olduqlarının yollarını göstərdi.
Eyni zamanda məktəbin 2 “H” sinfində müəllim Məmmədova Şəfiqənin rəhbərliyi ilə şagirdlərlə “Şagirdlərin sığınacaqda yerləşdirilməsi və davranış qaydaları.Ən sadə daldalanacaqlar” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Allahverdiyeva Xəyalə iştirak etdi.