İdeoloji maarifləndirmə

27 fevral 2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə İdeoloji maarifləndirmə sahəsində növbəti mühazirə keçirildi. Seminarın mövzusu “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə:
Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi lahiyələrin həyata keçirilməsi” idi.
Məruzəçi məktəbin müəllimi Vəliyeva Arzu müəllim idi. Məruzəçi beynəlxalq miqyaslı iqtisadi lahiyələr haqqında geniş məlumat verdi. Məlumatlar sənədli filmlər və slaydlarda da öz əksini tapdı. Sonda Arzu Vəliyevaya şagirdlər onları maraqlandıran suallar verdilər. Bütün suallar geniş və əhatəli cavablandırıldı.
Tədbir məktəbin tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımovanın rəhbərliyi ilə hazırlanmışdı. Bununla da uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə,qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılmasına nail olmağa çalışdıq.